“Bələdiyyə günü”nün təsis edilməsiylə bağlı bir neçə dəfə yuxarı instansiya qarşısında məsələ qaldırmışıq” – bu fikirləri Belediyye.infoya açıqlamasında Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının sədri Məhərrəm Xəlilov “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət bildirirərkən deyib.
Onun sözlərinə görə, belə bir günün təsis edilməsi, nəticə etibariylə bələdiyyələrin xalq arasında xüsusəndə seçiciləri arasında nufuzuna müsbət təsir edəcəkdir.
1999-cu il 12 dekabr tarixində ölkəmizdə ilk dəfə keçirilmiş “Bələdiyyə seçkiləri”ndən sonra yerli özünüidarəetmə institutu bir struktur olaraq cəmiyyətdə yer tuta bilib.
Baxmayaraq ki, bir sıra məqamlarda ciddi səhvlərdə olub, səhvə yol verənlərdə qanun qarşısında cavab verməli olub. Və ən başlıcası bələdiyyələrin bu günədək müəyyən təcrübə qazana bilməsidir.
Sonuncu seçkilərdən sonra seçilmiş bələdiyyə üzvləri arasında gənclərin və qadınların üstünlük təşkil etməsi sonda sistemin hörmət və nüfuzuna xeyli təsir etmiş oldu.
Məhz elə bu səbəbdəndir ki, bu gün “Bələdiyyə günü”nün təsis edilməsi daha düzgün addım ola bilər və sistemdə çalışanlara əlavə stimul vermiş olacaqdır.
Belediyye.info